XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2016 - 16:55

İŞİD Baş naziri ölümlə hədələdi: – “Ağ Evin köləsisən…”

İŞİD Britaniyaya casusluq edən 5 nəfərin edam videosunu yayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «The Independent» qəzeti məlumat yayıb.

Videoda İŞİD-in üzü qapalı olan 5 cəllad və onların önündə başlarını kəsməyə hazırlaşdıqları 5 nəfər var. 

İngilis dilində danışan İŞİD-çilərdən biri deyir ki, Britaniya hökuməti bu 5 nəfəri onların arasına casus kimi göndərib. Həmin şəxs Britaniya Baş naziri Devid Kameronun Ağ Evin köləsi adlandırıb və casusların edamının ona mesaj olduğunu bildirib.