BMT Təhlükəsizlik Şurası İraq ordusunun ölkənin şimalında apardığı əməliyyatla bağlı bəyanat verib.
Strateq.az xarici mediaya istinadən xəbər verir ki, BMT tərəfləri fikir ayrılığını mövcud qanunlar çərçivəsində danışıq yolu ilə həll etməyə çağırıb.
Dünyanın ali qurumu İraq mərkəzi hakimiyyəti ilə Kürd Muxtar Vilayətinin bir-biri ilə döyüşməkdən çəkinməyə və İŞİD-ə qarşı mübarizə səylərini davam etdirməyə səsləyib.