XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

19 Oktyabr 2017 - 09:54

ABŞ-ın kəşfiyyat rəhbəri:“İŞİD növbəti “11 sentyabr” hazırlayır"

İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar.

Bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib.

“Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyat bundan əmindir”, deyə ABŞ rəsmisi qeyd edib. Onun sözlərinə görə, hazırda terrorçular maliyyə axınlarını qoruyub saxlamaq üçün soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar.

Bununla belə, E. Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri aradan qaldırmaq üçün istifadə edəcək üsulları açıqlamayıb.