XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 10:32

Terrorçular Əfqanıstanda hərbi bazaya hücum edib –40-a yaxın hərbçi ölüb, xeyli yaralı var

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətinin Mayvənd rayonundakı hərbi bazaya iki terrorçu-kamikadzenin hücum nəticəsində 40-a yaxın hərbçi həlak olub, 24 nəfər yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, terrorçular Əfqanıstanın güc strukturlarının yerləşdiyi ərazidə bomba partladıblar.