XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2017 - 11:39

Yoxlamaların dayandırılmasının müddəti uzadılır –Parlament yeni qanunu müzakirə edəcək

Bu gün Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitə sədri Ziyad Səmədzadənin sözlərinə görə, iclasda 13 qanuna dəyişiklik layihəsi müzakirə edilir.

Z.Səmədzadə bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilir. 

Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

APA