XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 11:45

İran şiə ruhanisinin edam olunma səbəbini açıqladı: “Səudiyyə müharibəyə hazırlaşır”

iran xin.jpg

“Səudiyyə Ərəbistanı regionda gərginlik yaratmaq, Yəmənə qarşı qanlı müharibəni başlamaq və region ölkələrinin stabilliyini pozmaq üzrə siyasət yeritməklə region ölkələrinin bir çoxunda vəziyyəti gərginləşdirməyə can atır”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari keçirdiyi həftəlik brifinqində İran və Ərəbistan arasındakı gərginliyi şərh edərkən deyib.  

İran XİN sözçüsü Türkiyə və Ərəbistanın son əlaqələri və onun region proseslərinə təsiri ilə əlaqədar jurnalistin sualını cavablandıraraq deyib ki, müxtəlif məsələlər və regional əlaqələrin fərqli halqalarını bir-birinə qarışdırmaq və onun barəsində yeganə təhlil vermək olmaz: “Türkiyə prezidenti son mövqeyində Türkiyə və İran arasında geniş qonşuluq əlaqələrinin qorunmasını vurğulayıb”.

İran XİN sözçüsü bildirib: “İran üçün əhəmiyyətli olan məsələ bəzi ölkələrin dəstəyi ilə təkfirçi terrorizm cərəyanının aktiv olduğu və təhdidə çevrildiyi hazırkı həssas şəraitdə regionda qarşıdurmanı artırmağa can atan oyunçulara imkan yaratmamaqdır”.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı təkfirçi cərəyanlar və terrorizmi dəstəklədiyinə görə bir nömrəli müttəhim olaraq regionda təcridə düşüb. Odur ki, belə bir şəraitdə gərginliyi davam etdirməyə əsaslanan siyasəti öz gündəmində saxlayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, İran diplomatik məkanlarla bağlı beynəlxalq konvensiyalara sadiqdir.