XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 11:16

Türk ordusu İdlibdə möhkəmlənir –İlk müşahidə məntəqəsi quruldu, 45 terrorçu zərərsizləşdirildi

Türk Silahlı Qüvvələri (TSK) Suriyanın İdlib bölgəsində hər cür müdafiə və hücum silahları ilə təmin olunmuş ilk müşahidə məntəqəsini tam qurduqlarını elan edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, TSK digər müşahidə nöqtələrində də oxşar məntəqələri qurmaqda davam edir.

TSK-dən verilən məlumata görə, ordu Suriya sərhədini keçdikdən bu günə qədər keçirdiyi əməliyyatlarda 45 terrorçunu zərərsizləşdirib: "Onlardan ikisi terror qruplarında lider olub".