XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Oktyabr 2017 - 12:59

Oqtay Əsədovdan sərt mesaj:“Bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməyərək bitərəf qalması doğru addım olmadı. Bu, mənə çox təəccüblü gəldi”.

 Bunu Milli Məclisin bu gün keçirilən iclasında Spiker Oqtay Əsədov AŞPA-nın payız sessiyasında Azərbaycan əleyhinə hazırlanan sənəd barədə müzakirələrdə bildirib. Spiker bunun iki ölkə arasında münasibətlərdə anlaşılan addım olmadığını bildirib. O qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin yerinə yetirilməyən 10 mindən çox qərarı var: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu olarsa, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”. (APA)