XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

20 Oktyabr 2017 - 15:43

Putin ABŞ-ı hədələdi –Yeni silahlanma yarışı başlayır

Rusiya Federasiyasının prezidenti Vladimr Putin ABŞ-ı Rusiyanı Avropanın enerji bazarından sıxışdırıb çıxarmağa cəhddə ittiham edib. Onun fikrincə, ölkəsinə qoyulan növbəti sanksiyalar paketinin başlıca məqsədi – Avropanı daha baha olan sıxılmış Amerika təbii qazını almağa məcbur etməkdir.

Strateq.az xəbər verir ki, bu haqda İsrailin Newsru.co.il saytı yazıb.

“Reuters”in 19 oktyabr 2017–ci ildə yaydığı məlumata istinad edən saytın yazdığına görə, V. Putin bu bəyanatı Soçidə keçirilən “Valday” beynəlxalq diskussiya forumundakı çıxışı zamanı verib.

Putin kəskin tənqidlə Vaşinqtonu dəfələrlə Rusiyanın milli maraqlarına xəyanət etməkdə və Moskva ilə nüvə və kimyəvi silahlarla bağlı imzaladığı müqavilələrin şərtlərini pozmaqda ittiham edərək, Ağ Ev administrasiyasına hücuma keçib.

Ancaq burası da var ki, Putin ABŞ prezidenti Donald Trampı birbaşa tənqiddən yayınıb, öz qəzəbini daha çox Konqres tərəfindən təsdiq olunan sanksiyalara yönəldib.

Putinin çıxışının böyük hissəsi ABŞ-ın 1990-cı illərdə Rusiyanı“Rusiyanın gizli nüvə obyektlərinə misilsiz giriş” almasına qarşılıqlı cavab verməməklə necə satdığının təsvirinə həsr edilib.

RF prezidenti Vaşinqtonu həmçinin Zaqafqaziyada separatçı əhval-ruhiyyəni qızışdırmaqda, İraqa soxulmaqda və Yuqoslaviyanı bombardman etməkdə suçlayıb.

Çıxışında o, Kataloniya misalında “ikili standartla yanaşmaya” görə, Avropanı da tənqid edib.

Çıxışının sonunda Putin bəyan edib ki, Rusiya ABŞ-ın hərəkətlərinə cavab olaraq, yeni silah sistemlərinin işlənib hazırlanmasına başlayacaq, ABŞ-ın orta mənzilli nüvə silahı müqaviləsindən çıxmasına isə “simmetrik cavab” verəcək.