XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 January 2016 - 15:26

Türkiyədə 2 nəfərin “donuz qripi”ndən öldüyü təsdiqləndi

Türkiyədə iki nəfərin AH1N1 (donuz qripi) virusundan öldüyü təsdiqlənib.

APA-nın verdiyi məlumata görə, Türkiyənin Səhiyyə Nazirliyi Adanada 2 nəfərin “donuz qripi”ndən həyatını itirdiklərini açıqlayıb.

Qeyd edək ki, yanvarın 2-də Adanada AH1N1 (donuz qripi) şübhəsi ilə müalicə alan bir Türkiyə vətəndaşının və iki nəfər Suriya vətəndaşının ölməsi ilə bağlı məlumatlar yayılıb.