Səudiyyə Ərəbistanı və İran arasında yaranan gərginlikdən sonra hər iki ölkənin Azərbaycandakı səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Strateq.az ANS-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı səfirliyinin qarşısında polislərin sayı artırılıb.
Polislərin verdiyi məlumata görə, əvvəlki günlərlə müqayisədə, diplomatik nümayəndəliyin təhlükəsizliyinin qorunmasına daha çox əməkdaş cəlb olunub. Həmçinin əraziyə müvafiq polis bölməsi də nəzarətini gücləndirib. Səudiyyə Ərəbistanı səfirliyi kimi, İran nümayəndəliyi də ciddi mühafizə olunur.