XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 19:52

BMT Səudiyyə Ərəbistanıyla İrana xüsusi elçi göndərdi – Məqsəd

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Səudiyyə Ərəbistanı və İrana yollanıb.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Staffan de Mistura əvvəl Ər-Rİyadda, sonra isə Tehranda danışıqlar aparacaq: “Səfərin məqsədi iki ölkə arasında yaranmış gərginliyi azaltmaqdır”(APA).

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələrini kəsib. İran parlamenti isə şiə din xadimi Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam olunması ilə əlaqədar Xarici İşlər Nazirliyini rəsmi Ər-Riyadla əlaqələri kəsməyə çağırıb.