XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 16:38

İspaniyadan sərt addım –Kataloniyanın statusu 6 aylıq ləğv edildi, hökumət buraxıldı

İspaniya Baş naziri  Mariano Rajoy hökumətlə növbədənkənar keçirdiyi topantıdan sonra Kataloniya ilə bağlı qəbul edilmiş qərarı açıqlayıb. 

Starteq.az xarici mediaya istinadən xəbər verir ki,  o bildirib ki, hökumətin qərarına əsasən, muxtar vilayətin statusu 6 aylıq ləğv edilib, rəhbərliyi isə vəzifələrdən kənarlaşdırılıb. 

Hökumət, eyni zamanda, 6 ay içində Kataloniyada yeni seçki keçirilməsinə qərar verib: "Hökumət qəbul etdiyi bu qərarı təsdiqləmək üçün İspaniya senatına göndərdi. Bir neçə günə senatın qərarı təsdiqləyəcəyini gözləyirik".

Baş nazir bildirib ki, Kataloniya hökuməti bu müddətdə bütün səlahiyyətlərini mərkəzi hökumətə təhvil verməlidir.

Strateq.az