“Polşa Türkiyə ilə birgə Rusiyaya qarşı vuruşmağa hazırdır”.
Bu açıqlama ilə rusiyalı ekspert Stanislav Stremidllovski çıxış edib.
“Varşavada NATO-nun sammitində Polşanın səlahiyyətli nümayəndələri açıq şəkildə bildirdilər ki, Türkiyə ilə birgə Rusiyaya qarşı vuruşmağa hazırdırlar. Rəsmi Varşava öz hədəfinə çatmaq üçün Ankara və Moskva arasında böhrandan istifadə etməyə çalışacaq. Türkiyə regionunda fövqəl ölkədir. Yaxın Şərqdə əhəmiyyətli mövqeyə malikdir. Türkiyə ilə əlaqə Polşa üçün xüsusi əhəmiyyətə malikdir. Varşava üçün Ankara ilə əməkdaşlıq ona hərbi, kəşfiyyat, həmçinin iqtisadi baxımdan sərf edir”, – Stremidllovski bildirib(Axar.az).