XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Oktyabr 2017 - 17:07

Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda gərginlik- Əraziyə xüsusi təyinatlılar cəlb olunub

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna xüsusi təyinatlı polis dəstəsi gətirilib.
 
Yerli sakinlərin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata əsasən, xüsusi təyinatlıların olduğu iki avtobus artıq rayonun mərkəzindədir.
 
Əlavə polis dəstələrinin Marneulidə yerləşdirilməsində məqsəd seçki prosesi ilə bağlı yarana biləcək gərginliyin qarşısını almaqdır.
 
Qeyd edək ki, bu gün Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir. Seçicilər 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər.