XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Oktyabr 2017 - 17:37

Gürcüstan MSK:"Polis Marneulidəki seçki məntəqələrinə daxil olmur"

 

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna cəlb olunmuş xüsusi təyinatlı polis dəstəsi rayon polis idarəsində yerləşdirilib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, yarana biləcək hər hansı gərginliyə dərhal reaksiya vermək üçün əlavə polis qüvvələri bütün ölkə boyu hazırlıq vəziyyətinə gətirilib.
 
“Bundan başqa hər bir polis nəfərinin seçkidə iştirakını təmin etmək üçün mütəmadi rotasiya həyata keçirilir. Əlavə polis qüvvələrinin cəlb olunmasını interpretasiya etməməyə çağırırıq”, – deyə DİN-nin məlumatında qeyd olunub.
 
Marneulidə səsvermə prosesini şərh edən Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze rayonda seçkilərin sakit şəraitdə keçdiyini deyib. Onun sözlərinə görə, polis rayonda yerləşən seçki məntəqələrinə daxil olmur.