XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

22 Oktyabr 2017 - 01:02

Putin postsovet ölkələrindən danışdı:“SSRİ dağılandan sonra Rusiya həmin əraziləri könüllü olaraq verdi”

“SSRİ dağılandan sonra Rusiya həmin əraziləri könüllü olaraq verdi”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” Diskussiya Klubunda postsovet məkanında nufuz davasını şərh edərkən bildirib. 

O deyib ki, imperiyaların müharibə nəticəsində süqutu ayrı situasiyadır: “Biz könüllü olaraq razılaşdıq ki, bütün keçmiş ittifaq respublikaları müstəqil dövlət olsunlar. Bizim ağlımıza heç vaxt gəlməyib ki, nəyi isə onlardan qoparaq, bölək. Unutmayın ki, bunu biz elədik”.

Putin deyib ki, hazırda da Rusiyanın belə bir arzusu yoxdur: “Biz qonşu dövlətlərlə dost münasibətdə olmaq istəyirik”.

Rusiya prezidenti Ukrayna ilə bağlı böhrana da toxunub: “Siz necə təsəvvür edə bilirdiniz ki, Ukrayna Asossiativ üzvlük sazişi imzalayacaq? Bütün Ukrayna bazarlarını, sərhədlərini Avropa üçün açacaqsınız? Azad Ticarət Zonasının gələcək üzvü kimi Ukrayna bizim bazar üçün “qapı” olacaq?

Biz dərhal dedik: “Uşaqlar, belə olmaz, dayanın!”. Yox, heç bizə qulaq asmaq istəmədilər. Dedilər: ”Biz ki, sizin Çinlə işlərinizə girişmirik. Siz də bizim Ukrayna ilə məsələmizə girişməyin”. Elə belə də dedilər. Bu, bəyəm, danışıqdır?

Heç kim qulaq asmaq istəmirdi ki, Ukrayna ilə bizim xüsusi münasibətlərimiz var. İqtisadiyyatımızın bir sıra sahələri isə bir-biri ilə bağlıdır”.

Strateq.az