“Yunanıstanın öz iqtisadiyyatını avrozonanın tərkibində qalaraq bərpa etmək imkanı yoxdur”.
Bunu Böyük Britaniya mətbuatına açıqlamasında amerikalı məşhur milyarder Corc Soros söyləyib. Onun sözlərinə görə, kreditorların qoyduqları öhdəliklər ucbatından Afina öz borclarından canını qurtara bilməyəcək.
O, yalnız Almaniyanın Avropa Birliyini qoruyub saxlamaq iqtidarında olduğunu bildirib:
“2009-cu ildə Yunanıstan böhranı başlayanda Avropa Birliyi Almaniya ilə birgə yunanlara kömək əlini uzatdı. Sonralar Avropa Birliyi bu yardıma görə çox böyük hesab ödəməli oldu. Yunanıstan avrozonada olduğu müddət ərzində şəxsi investisiyalar üçün yaxşı yer olmayacaq”.
Axar.az