XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

22 Oktyabr 2017 - 21:19

“Qarabağ” “Qəbələ”yə uduzdu- Çempionatda ilk məğlubiyyət

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyununda çempionluğa iddialı iki komanda – “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib.
 
Turun mərkəzi görüşündə meydan sahibləri qələbə qazanıblar. Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol matçda yeganə olub.
 
Matçboyu hücumlarına ara verməyən "Qarabağ" çox cəhd etsə də, bərabərlik qolunu vura bilməyib.
 
Roman Qriqorçukun komandası “Zirə”nin də uduzmasından yararlanaraq 3 xal qazanıb və ikinci pilləyə yüksəlib.
 
Azərbaycan Premyer Liqası
IX tur
22 oktyabr (bazar)
 
“Qəbələ” – “Qarabağ” – 1:0
Qol: Asif Məmmədov, 8