“Səudiyyə Ərəbistanı və İran konfliktinin eskalasiyası genişmiqyaslı müharibəyə səbəb ola bilər”.
Bunu “Foks Nyus” telekanalına müsahibəsində ABŞ ordusunun Mərkəzi Komandanlığının keçmiş rəhbəri general Entoni Zinni söyləyib. Onun sözlərinə görə, bu situasiya regionda iqtisadiyyat və stabilliyin olmasını istəyən hər kəsi narahat edir: “Ər-Riyad və Tehran arasındakı konflikt İŞİD-lə mübarizədən diqqəti yayındıracaq. Bu, region ölkələrinin daxilində qeyri-stabilliyi də artıracaq”(Axar.az).
Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimr də daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib və Tehran səfirindən ölkədən getməsini tələb edib.