XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 09:05

Gürcüstanda yerli idarəetmə orqanlarına seçki:hakim partiya qalib gəldi, Saakaşvilini partiyası ikinci oldu

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) yerli idarəetmə orqanlarına keçirilmiş proporsional seçkilər üzrə nəticələri açıqlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 3 644 seçki məntəqəsindən bülletenlərin hesablanmasından sonra hakim “Gürcü Arzusu” partiyası 55,73 faiz əldə edərək seçkilərin qalibi olub.

Vahid Milli Hərəkat Partiyası 17,07% , “Avropalı Gürcüstan” Partiyası 10,49%, “Vətənpərvərlər Alyansı” 6,56%, Leyborist partiyası 3,27% səs əldə edib.