XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 09:43

ABŞ İranı İraqdan çıxmağa çağırdı –Səudiyyə kralına və Bağdada “Tehrana qarşı birləşin” dedi

ABŞ-ın dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı və İraq hökumətlərini İranın "artan inadı"nın qarşısını almaq üçün səylərini birləşdirməyə çağırıb, həmçinin digər ölkələrin Tehranla ticarət əlaqələrini kəsməsinin vacibliyini qeyd edib.

“Report” CBS telekanalına istinadən xəbər verir ki, bunu o, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ilə görüşü zamanı deyib: "Biz əminik ki, bu, İranın İraq daxilindəki təsirinin qarşısını müəyyən dərəcədə almağa imkan verəcək", — deyə Tillerson bildirib.

O, həmçinin İran hakimiyyətini könüllülərini İraq ərazisindən çıxarmağa çağırıb.