XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 09:19

Trampın ilk seçki reklamı – Yenə müsəlmanları “vurdu” (VİDEO)

Amerikalı milyarder, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın ilk reklam roliki efirə gedib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp reklam rolikində yenə müsəlmanları hədəf alıb. O, müsəlmanların ABŞ-a girişinin yasaqlanmasına çağırıb və Birləşmiş Ştatlara qeyri-leqal miqrant axınının qarşısını almağa söz verib.

Tramp Meksika ilə sərhəddə divar inşa edəcəyini də bildirib. Həmçinin İŞİD-in sonuna çıxmağa söz verib: «İŞİD-i məhv edəcəm. Qaçaq yolu ilə satdıqları nefti əllərindən alacam».

Donald Trpamp respublikaçıların ən reytinqli namizədidir. O, seçki kampaniyasının reklamına  hər həftə 2 milyon dollar xərcləyəcəyini bildirib.