XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 12:42

Vaşinqtona dəvətli olan Baş qərargah rəisi təyyarədən endirildi –ABŞ-ın sensasion qərarı etiraz doğurdu

ABŞ İndoneziya ordusunun Baş qərargah rəisi Qatot Nurmantyonun Vaşinqtona səfərinə imkan  verməyib.

O, son anda mindiyi təyyarədən düşürülüb.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, qərargah rəisinin təyyarədən düşürülməsi ABŞ-la İndoneziya arasında siyasi gərginliyə səbəb olub.

Rəsmi Vaşinqton hələlik bu addımla bağlı açıqlama verməyib.

İndoneziya Xarici İşlər Nazirliyi isə etiraz bəyanatı yayaraq, rəsmi Vaşinqtondan əsaslı açıqlama gözlədiklərini bəyan edib.

Ökənin siyasi qurumları isə ABŞ-ın İndoneziyadakı səfirinin ölkədən qovulması tələbi ilə aksiyalara başlayıb.

ABŞ-ın İndoneziyadakı səfirliyindən isə generalın təyyarədən düşürülməsinə belə reaksiya verilib: "Fakt tərəfimizdən araşdırılır. Baş verənlərə görə üzr istəyirik".

Xatırladaq ki,  Baş qərargah rəisi ABŞ Müdafiə Nazirliyinin təşkil etdiyi konfransa rəsmi dəvətli olub. 

Strateq.az