XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 13:51

Navalnı azadlığa çıxdı –Və yeni mitinqə qatılmaq üçün Həştərxana yola düşdü

Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnı sanksiyalaşdırılmamış miqintə çağırışla əlaqədar 20 gün saxlandıqdan sonra dünən təcridxanadan azad edilib.

Strateq.az Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Navalnı sentyabrın 29-də rəsmi icazə verilmədən keçirilməsi nəzərdə tutulmuş mitinqdə iştirak etmək üçün Nijni Novqorod şəhərinə gedərkən saxlanmışdı. Lakin məhkəmə onun prezident Vladimir Putinin doğma şəhəri olan Sankt-Peterburqda sanksiyalaşdırılmamış daha bir miqintə çağırışla əlaqədar saxlanması haqda qərar çıxarmışdı.

Gələn il mart ayında prezident seçkisində Putinlə rəqabət aparmağı planlaşdıran Navalnı mitinqlərlə əlaqədar dəfələrlə saxlanılıb. Bazar günü təcridxanadan azad edildikdən sonra o, Həştərxan şəhərində axşam mitinqə qatıla biləcəyinə ümid etdiyini bildirib.

Korrupsiya əleyhinə kampaniya aparan Navalnı bu il artıq iki dəfə ölkə boyu miqyasına görə Kremli narahat edən mitinqlərin keçirilməsinə çağırıb.