XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 10:24

“Qəbuledilməzdir!” – Türkiyə Ərəbistanla İrana çağırış etdi

“Türkiyə Səudiyyə Ərəbistanının İrandakı diplomatik və konsulluq missiyalarına edilən hücumlardan narahatdır”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Diplomatik və Konsulluq Münasibətlərinə dair Vyana Konvensiyasına əsasən diplomatik və konsulluq xidmətləri üzrə binalar tam toxunulmazdır və qəbul edən ölkə bu missiyaların təhlükəsizliyini təmin etməyə borcludur: “Bu baxımdan, Tehran və Məşhəddəki Səudiyyə Ərəbistanı diplomatik missiyalarına hücumlar qəbuledilməzdir. Türkiyə iki ölkə arasında gərginliyin bölgədə təhlükəsizlik, stabillik və sülhə mənfi təsir etməməsini və ölkələrin tez bir zamanda təhdid dilindən əl çəkərək diplomatik dillə danışmalarını və irəlini düşünərək hərəkət etmələrini istəyir”. 

APA