XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

24 Oktyabr 2017 - 11:35

Rusiya müdafiə naziri:"Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb"

Suriyada İŞİD-in nəzarəti altında 5 faiz ərazi qalıb.

Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu ASEAN ölkələri müdafiə nazirlərinin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əməliyyatlar başlamazdan öncə İŞİD ölkə ərazisinin 70 faizini nəzarətdə saxlayırdı.

S. Şoyqu əlavə edib ki, iki il ərzində Rusiya aviasiyası 948 təlim düşərgəsi, döyüş sursatlarını hazırlayan 666 zavod və emalatxana, 1,5 min ədəd hərbi texnika məhv edib: “Ümumilikdə 998 şəhər və yaşayış məntəqəsi azad edilib. Azad edilən ərazi 503 min 223 kvadrat kilometr təşkil edib”.

APA