XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 13:02

Prezidentin köməkçisi:"Məkrli aktyor Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar"

“Beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktyoru Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar. Amma görünür, vəziyyət dəyişməyə başlayır, özü də Avropadan”.

Strateq.az xəbər verir ki, bu sözləri Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov sosial şəbəkədəki səhifəsində “Açıq cəmiyyət” Fondunun amerikalı rəhbəri Corc Sorosla bağlı Avstriya hökumətinin etirazına münasibət bildirərkən yazıb.  

Xatırladaq ki, Corc Sorosa qarşı ötən gün rəsmi Vyanadan sərt təpki verilib. Belə ki, Avstriyada xarici işlər naziri Sebastian Kurz “Açıq cəmiyyət” Fondunun ölkəsində parlament seçkilərinə müdaxilədə ittiham edib. O, buna görə ölkəsini tərk etmək üçün fonda 28 gün verildiyini bəyan edib.