XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

24 Oktyabr 2017 - 13:29

DİN-in idarə rəisi:"Sosial şəbəkələrdə ailə münaqişələri ilə bağlı yer alan məlumatlar araşdırılır"

"Sosial şəbəkələrdə və müxtəlif informasiya vasitələrində ailə münaqişələri ilə bağlı yer alan məlumatlar Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində təhlil edilir və araşdırılır".

Bunu "Məişət zor­akılığı ilə mübari­z­ədə effektiv cavab mexanizminin yaradılması" mövzusunda kon­­fransda həmin idarənin rəisi Oktay Kərimov deyib.

O bildirib ki, daxili işlər orqanları daxil olan bütün müraciətlər üzrə operativ tədbirlər görür: "Ailə münaqişəsi ilə bağlı polis orqanlarına daxil olan hər bir məlumat obyektiv araşdırılır, zorakılıq müəyyən olunan ailələr münaqişəli ailə kimi qeydiyyata götürülür, zorakılığa yol verən şəxslərə xəbərdarlıq edilir. Daxili işlər orqanları digər dövlət orqanlarının nümayəndələri ilə birlikdə əhali arasında mütəmadi maarifləndirmə işləri aparır". 

Report