XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 16:15

“İndi önümüzdə Afrin əməliyyatı var, heç kimə güzəştə getməyəcəyik”Ərdoğan Ankaranın hədəfini açıqladı

"İdlibdəki əməliyyat böyük uğurla nəticələndi, növbədə Afrindir".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi önümüzdə Afrin əməliyyatı var. Daha əvvəl dediyimiz ki, bir gecə anidən hücum edə bilərik. Bütün bunlar bizim üçün potensial təhlükədir və biz ölkəmizi təhdid edən bütün qüvvələri məhv etməkdə qərarlıyıq. Hər kəs bunu bilsin! Bu məsələdə heç kimə güzəştə getməyəcəyik”, – Ərdoğan bildirib/Axar.az.

Qeyd edək ki, Suriyanın Afrin şəhəri ABŞ-ın hərtərəfli dəstək verdiyi, Türkiyənin isə PKK terror təşkilatının Suriya qolu kimi qəbul etdiyi PYD-YPG qüvvələrinin nəzarətindədir.