XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 17:15

Ukraynanın baş prokuroru:"Saakaşvili çevriliş hazırlayır”

Mixail Saakaşvilinin Ali Rada qarşısında mitinq keçirən tərəfdarları çevriliş etməyi planlaşdırırlar, lakin hakimiyyət buna imkan verməyəcək.

RİA Novosti-nin məlumatına görə, belə bir bəyanatla Ukrayna baş prokuroru Yuri Luçenko çıxış edib.

Luçenko onu da vurğulayıb ki, həmin qrup xaricdən maliyyələşir və bunu sübut edəcək.

O həmçinin bildirib ki, dinc etiraz hüququ güc çevrilişi etmək üçün hazırlaşmaq anlamına gəlmir. Bu çevriliş planını isə təxminən 150-200 nəfərlik qrup başladıb.

Baş prokurorun sözlərinə görə, həmin qrup avtomat silah əldə edərək güc metodları ilə hərəkət etmək niyyətindədir.

Yuri Luçenko əlavə edib ki, "bu planlaşdırılmış çevrilişdə "vətəndaşlığı olmayan qastrolçular" da iştirak edirlər. Bunlar o şəxslərdir ki, Saakaşvili Odessa qubernatoru olarkən "qiymətli mədəniyyət xadimləri kimi" onlara ölkədə daimi yaşamağa icazə verilməsini rəsmiləşdirməyə nail olmuşdu.

"İndi Saakaşvilini silahla məhz onlar… həmin xadimlər qoruyurlar, onlar eyni düşərgədədir və çevriliş planlaşdırırlar, amma bu keçməyəcək!" — Lusenko bildirib.