Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.
Strateq.az xəbər verir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.
Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.
Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.
O, Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmişdi…
***
Ədliyyə Nazirliyi Haqqın.az saytına kriminal avtoritet Lotu Qulinin azadlığa çıxması ilə bağlı məlumatı təsdiqləyib.
Məlumata görə, kriminal avtoritet hazırda Gürcüstandadır.
***
Strateq.az xəbər verir ki, həbsdən azad edilən "Lotu Quli" tezliklə Gürcüstanı da tərk edəcək. Məlumata görə, o, yaxın ətrafına Türkiyəyə köçüb, orada yaşayacağını deyib…