XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 19:14

ABŞ Senatında İranla nüvə sazişinə dair yeni şərtlər hazırlanır –Tehranın qarşısına tələblər qoyulacaq

Senatda respublikaçılar İranla nüvə razılığına dair qanun layihəsinə yeni şərtlər əlavə edəcək.

Bunu Cənubi Koralina ştatından respublikaçı senator Lindsi Qraham “Amerikanın Səsi” ilə söhbətində bildirib. Onun dediyinə görə, hazırkı "Ölçülərin Əhatəli Planı" adı ilə tanınan razılıq zəifdir.

Senator prezident Trampın razılığı dəstəkləməməsinin İrana imtiyaz vermis olacağını bildirib. Lindsi Qraham əlavə edib ki, qanun layihəsi kontinentlərarası ballistik raket proramını inkişaf etdirdiyi təqdirdə İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur. Senator İranın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsə və BAET-nın müfəttişlərinin təftişinə yol verməsə terrorizmi dəstəkləyən ən böyük ölkə statusunda qalacağını deyib. Müqavilənin 60 gün müddətinə dayandırılacağı müddət ərzində Konqres razılaşmanın bir hissəsi olaraq qaldırılan iqtisadi sanksiyaların bir qisminin və ya hamısının yenidən reallaşdırılmasına qərar verməlidir. Konqresin respublikaçı qanunvericiləri prezidentin bəyanatına dəstək verərək tezliklə əlavə sanksiyaları səsə qoyacaqlarını bildiriblər.

Demokrat qanunvericilər isə İranın desertifikasiyadan sui-istifadə edərək öz öhdəliklərindən boyun qaçıracağından ehtiyat etdiklərini deyir. Oktyabrın əvvəllərində 180 demokrat Trampa məktub ünvanlayaraq, İranın nüvə razılığına riayət etdiyinin təsdiqlənməsini istəmişdi.

Qraham deyib ki, hər iki partiyanın dəstəyi ilə dünya üçün daha əlverişli razılıq hazırlamaq olar, lakin demokratlar bunun üçün səs verməkdən imtina edir. Respublikaçı senator iqtisadi sanksiyaların İranı razılığa gətirdiyini deyərək, İranın normal davrandığı təsdiqdə dünya yürüşünə çıxıb, sanksiyaların ləğvinə çalışacağını vəd verib.