XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 20:38

Nazir müavinindən Avropa İttifaqı ilə müzakirə haqda açıqlama:"Danışıqlar çox gərgin keçir"

"Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlar başlayıb. Bu, hüquqi sənəddir və 15 il qüvvədə olmalıdır. Ona görə də danışıqlar çox gərgin keçir".

Bunu  bu gün jurnalistlərə açıqlamasında Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev deyib ki,  Avropa İttifaqının Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində – noyabrın 24-də bu sənədin imzalanacağını gözləmək olmaz:

"Danışıqlar 5 ay əvvəl başlayıb. Yay aylarında bir az fasilə olub, sonra danışıqlar yenə başlayıb. Danışıqlarda bəzi sahələrdə tərəqqi var, bəzi sahələrdə bir çox məsələlər qalmaqdadır. Ona görə də Brüsseldə bu sənədin imzalanacağını barədə yayılan məlumatlar yanlışdır".

APA