XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 13:57

Lavrov və Tillerson görüşəcək- Gələn ay

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçiriləcək.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. 
 
O, Lavrovun Tillersonla görüşünün noyabrda Vyetnamda keçiriləcək Asiya-Sakit okean ölkələri İqtisadi Əməkdaşlıq  təşkilatının sammitində baş tuta biləcəyini söyləyib: "Lavrov da, Tillerson da Vyetnamda keçiriləcək sammitdə olacaqlar. Lakin bizdə mümkün görüşün vaxtı və tarixi ilə bağlı dəqiq məlumat yoxudr. Bununla belə, iki ölkə arasında suallar yığılıb qalıb, fikrimcə bu görüş baş tutmaya bilməz".