XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 21:33

Nazir Fikrət Məmmədov bu şəxsə vəzifə verdi –Penitensiar Xidmətin Konvoy taboruna təyinat

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.

Strateq.az Report-a istinadən xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.

A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O, bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqim edilib.