XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Oktyabr 2017 - 09:33

“Rusiya ilə münasibətləri yaxşılaşdırsaq, çox gözəl olar” –Trampdan Kremlə mesaj

Rəsmi Vaşinqtonla Kreml arasında yaxşı münasibətlərin mövcudluğu Şimali Koreya ətrafında problemin həllini xeyli asanlaşdıra bilərdi.

Bunu ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bəyan edib.

“Rusiya ilə münasibətləri yaxşılaşdırsaq, çox gözəl olar. Bunun yanlış olduğunu düşünmürəm. Aramızda yaxşı münasibətlərin mövcudluğu Şimali Koreya ətrafında problemin həllini xeyli asanlaşdıra bilərdi”, deyə ABŞ lideri qeyd edib/APA.