XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 10:15

Türk ordusu Simon qalasını ələ keçirdi, Afrinin tam mühasirəsi başa çatdı –Suriya əməiyyatı

Türkiyə Silahlı Qüvvələri (TSK) İdlib şəhərinin şimal-şərqində yerləşən Simon qalasını ələ keçirib.

Bununla türk ordusu İdlib ilə PYD/YPG təşkilatının nəzarətində olan Afrin arasındakı xətti nəzarəti altına alıb.

Hazırda Simon qalasının bir neçə kilometrliyində PYD/YPG terrorçuları keşik çəkir.

Bir tərəfdən atəşkəs nöqtələrinin təyin edilməsi, digər tərəfdən isə Afrin əməliyyatlarına hazırlıq çərçivəsində İdlibə əsgər və zirehli avtomobil daşınması davam edir. Bununla yanaşı, ordu Afrinin qərbindəki Hatay, şimalındakı Kilis sərhəd xəttindəki əməliyyatlarını da tamamlayıb.

TSK Afrinin 4 tərəfinin nəzarət altına alınaraq blokadaya salınmasının ardınca şəhərə giriş üçün əmr gözləyir/Publika.az.