XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 11:35

Mübariz Qurbanlı:"DTX-nin dini ekstremistlərə qarşı əməliyyatı onları maliyyələşdirən dairələri ayıltmalıdır"

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları bu və ya digər formada maliyyələşdirən dairələri ayıltmalıdır.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı qeyd edib: "Həmin dairələr başa düşməlidir ki, Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi, ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları hər an hazırdır və bu cür əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əsirgəməyəcək".

Daha sonra komitə sədri əlavə edib: “Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib və o şəxslər ki, Azərbaycanda terror törətmək istəyir, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, biz onlara qarşı qətiyyətli olmalıyıq, onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.