XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 15:40

Ukraynalı deputat sui-qəsddə Moskvanı ittiham etdi:"Həlak olan mühafizəçimə görə sağ qalmışam"

Ukrayna xalq deputatı İqor Mosiyçuk bəyan edib ki, onun və daha üç nəfərin yaralanması, cangüdəninin isə həlak olmasıyla nəticələnən terror aktının sifarişçiləri Moskvada oturublar.

Strateq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda deputatın facebookda yayılan bəyanatında deyilir.

Həmin bəyanatında Mosiyçuk deyir: “Mən hesab edirəm ki, sifarişçilər Moskvada otururlar. İcraçılar- kiyevlilərdi. İstisna edilmir ki, agentura vətənpərvərlər arasındadır. Bu, Ukraynada belə səviyyəli dövlət xadiminə qarşı olan ilk sui-qəsdir”.

O, həmçinin əlavə edib ki, öz cangüdəni hesabına sağ qalıb və onun ailəsinə yardım edəcək. Həlak olanın 4 yaşlı bir qızı qalıb.

Bəyanatda deyilir: “Mən yalnız ölən mühafizəçim Ruslana görə, sağ qaldım. O, keçmiş “Berkut”çudur, 2013-cü ildə barrikadanın o biri tərəfində dayanmışdı. Dünən isə məni – millətçini qoruyarkən, həlak oldu. Həyat yalnız qara-ağdan ibarət deyildir. Qalib gəlmək üçün, biz bunu dərk etməliyik”.

Öz vəziyyəti ilə əlaqədar olaraq, deputat məlumat verib ki, əməliyyat uğurlu keçib: “Sağ tərəfim – partlayış olan tərəf zədələnib. Əməliyyat uğurlu keçib”.