XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

27 Oktyabr 2017 - 18:21

İspaniya Senatı Kataloniyanın muxtariyyətini ləğv etdi –Siyasi böhran böyüyür

İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib.

 APA-nın xəbərinə göprə, Senat hökumətin müraciəti əsasında İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiq olunmasına qərar verib. Bu, Kataloniyanın muxtariyyətinin müvəqqəti ləğvi və bölgənin mərkəzi hökumətin birbaşa idarəçliyinə keçməsi deməkdir.  İspaniyanın baş naziri Mariano Rahoy “Twitter” sosial şəbəkəsindəki səhifəsində xalqı səbirli olmağa çağırıb.O, Kataloniyada qanunçuluğun bərpa ediləcəyini bildirib.

 Qeyd edək ki, bu gün Kataloniya parlamentində regionun müstəqilliyi barədə Bəyannamə qəbul edib. Sənədin lehinə 70, əleyhinə 10 nəfər səs verib, 2 səs etbarsız sayılıb. İsmaniyanın bütövlüyünə tərəfdar olan partiyalar səsverməyə qatılmayıb