NATO-nun baş katibi Yens Stoltenberq Kataloniya problemini konstitusion yolla həll etməyə çağırıb.
APA-nın xəbərinə görə, bu barədə o, “Twitter”də yazıb.
“Kataloniya problemi İspaniya Konstitusiyası çərçivəsində həll olunmalıdır”, – deyə baş katib qeyd edib. Y. Stoltenberq təhlükəsizliyin təmin olunması məsələlərində Madridin vacib müttəfiq olduğunu vurğulayıb.