XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Oktyabr 2017 - 17:32

Ərdoğan dünya güclərinə meydan oxudu:"Türk milləti yeni qurulan dünyada haqqını almaq qərarı verib" (VİDEO)

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Konyadakı çıxışı zamanı, dünya güclərinə meydan oxuyacaq fikirlər səsləndirib.

Strateq.az xəbər verir ki, Ərdoğan türk millətinin yenidən gerçək gücünü özünə qaytarmaq cəhdlərinin bəzi ölkələri "qudurmuş duruma" gətirdiyini bəyan edib. 

Prezident deyib ki, artıq Türkiyə gücünü, imkanlarını, nə edəcəyini əla bilən bir ölkədir: "Türk milləti yüz milyonlarla qardaşları ilə birlikdə yenidən qurulan dünyada haqq etdiyi yeri almanın qərarlılığı içindədir. Türkiyənin bu dirilişindən, silkələnməsindən, yüksəlişindən rahatsız olanlar, terror təşkilatları ilə əl-ələ verib önümüzü kəsməyə, bizi yenidən öz biçdikləri dar köynəyə sığışdırmağa çalışırlar. Halbuki biz ürəyimizdəki hüdudların darlığına üsyan edən, kükrəyən bir millətik. Türkiyəyə "İraqda, Suriyada, Somalidə, Afrikada, Balkan, Qafqaz bölgəsində nə işin var?" deyənlərdən soruşmaq lazımdır: yaxşı, bəs sizin buralarda nə işiniz var?! Elə deyilmi? Çünki bunların dərdi yoxdur, bizim dərdimiz var, dərdimiz. Biz dərdliyik. Biz buralardayıq, çünki bizim bu coğrafyada çox güclü tarixi və insani bağlarımız var. Buralarda ağlayan hər uşağın göz yaşını silmək, başını tumarlamaq bizim boynumuzun borcudur".