XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

28 Oktyabr 2017 - 17:39

Prezidentdən iki deputatla bağlı sərəncam –60 və 70 yaşlı deputatlar təltif olundu

Prezident İlham Əliyev bu gün iki deputatla bağlı sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hadi Musa oğlu Rəcəbli 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Cəfər oğlu Qasımlı “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, oktyabrın 25-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin 70, bu gün isə deputat Musa Qasımlının 60 yaşı tamam olub.