XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2017 - 11:22

Stoltenberq:"NATO KXDR-in raket hücumları zamanı əks-zərbə endirməyə hazırdır"

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın raket silahlarının yaratdığı mümkün təhlükəni şərh edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, NATO ölkələri də təhlükə altında olduğunu deyib.

"NATO ölkələri də təhlükə altındadır. NATO əks-zərbə vurmaq imkanlarına və qətiyyətinə malikdir", — deyə Stoltenberq bildirib.

Alyansın baş katibi qeyd edib ki, KXDR-ə təzyiq vasitələrini unutmaq olmaz. O, xüsusilə Şimali Koreyaya qarşı iqtisadi sanksiyalara riayət etməyin vacib olduğunu xatırladıb.