XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 11:37

Avropa Parlamenti:"Kataloniyanın müstəqilliyi tanınmayacaq"

Avropa Parlamentinin sədri Antonio Tayani Avropa İttifaqına üzv hər hansı dövlət tərəfindən Kataloniyanın müstəqilliyinin tanınmasını istisna edib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, A.Tayani Kataloniyada keçirilən referendumu qanun adlandırıb və tezliklə regionda hüququn aliliyin bərpa ediləcəyinə ümidini ifadə edib.
 
A.Tayani Avropa İttifaqının münaqişənin həllində vasitəçi olmayacağını, bunun İspaniyanın daxili işi olduğunu vurğulayıb.
 
Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyini elan edib. Bu qərardan sonra İspaniya Senatı ölkə Konstitusiyasının 155-ci maddəsi əsasında Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya parlamenti və hökuməti buraxılıb.