XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 21:32

Bərzaninin tərəfdarları parlamentə hücum edib? –Açıqlama

Ərbil şəhərində, İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma baş verib.

Bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Məlumata görə, Məsud Bərzaninin tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin güc strukturları hücumun qarşısını alıb.

RİA Novosti agentliyinin xəbərinə görə, İraq Kürdüstanı parlamentinin mətbuat katibi yayılan məlumatın şaiyə olduğunu bildirib.

Qeyd edək ki, bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. M. Bərzaninin istefa barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb/APA.