XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

29 Oktyabr 2017 - 23:43

Ərbakanın oğlu aktiv siyasətə atıldı:"Millətimizdən söz haqqımızı alacağıq"

Türkiyənin Ərbakan Vəqfinin rəhbəri Fateh Ərbakan 2019-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi yeni partiya yaradacağını bildirib.

Ərbakan bu fikri Atatürk İdman Kompleksində çıxışı zamanı səsləndirib.

O, güclü Türkiyə və İslam birliyinin qurulması üçün çalışdıqlarını qeyd edib: “Ədalətli dünyanın qurulması Milli Baxışla mümkün olacaq. Anadolunu qarış-qarış, kəndbəkənd gəzib millətimizdən söz haqqımızı alacağıq. Görüləcək işlərimiz çoxdur”.

Qeyd edək ki, Fateh Ərbəkan Türkiyənin 33-cü baş naziri olmuş Nəcməddin Ərbakanın oğludur/Axar.az.