XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 October 2017 - 06:14

Trampın kürəkən müşaviri qəfildən Səudiyyəyə gəldi –Onu 2 önəmli adam müşayiət edir

ABŞ prezidenti Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada elan olunmamış səfər edib.

APA-nın məlumatlına görə, bu  barədə “Politico” Ağ Evdəki mənbəyə istinadən xəbər verib.

Onun sözlərinə görə, C.Kuşneri səfərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Din Pauel və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Ceyson Qrinblatt müşahidə edib.

Qeyd edək ki, sahibkar və milyonçu, 36 yaşlı  Cared Kuşner Trampın qızı İvankanın həyat yoldaşıdır.