Son həftələr həm dolların, həm də neftin dünya bazarında qalxması Türkiyədə benzinin qiymətinin artırılmasına səbəb olub.
Strateq.az xəbər verir ki, sabahdan Türkiyədə benzin və dizel yanacağının qiyməti qalxacaq:
Rəsmi açıqlanan məlumata görə, oktyabrın 31-dən etibarən, benzinin litri 12, dizelin isə 17 qəpik bahalaşacaq:
"Bununla da Türkiyədə benzinin litri 5.50 lirəyə, dizelin litri isə 4.93 lirəyə satılacaq".